Tavada sarımsaq, sürtgədn keçirilmiş zəncəfil və xeres ilə Argentina krevetləri

30 dəq
Zülal çoxdur

Argentina krevetləri Cənubi Argentinanın açıq sularında ovlanır. Onlar dərhal dərin doldurulur və beləliklə öz rəngini, teksturasını, qida dəyərini və keyfiyyətini qoruyub saxlayır. Bu krevetlər nadirdir və dadına görə çox qiymətlidir.

Sizə lazım olacaq

  • Təzə dondurulmuş başlı zirehli qırmızı Argentina krevetləri, VIČI -1 kq
  • Sarımsaq – 7 diş
  • Sürtgədən keçirilmiş zəncəfil – 5 x.q. (100 qr)
  • Soya sousu – 50 ml
  • Zeytun yağı – 60 ml
  • Təzə kəkotu – 3 budaq
  • Xeres – 1 x.q.
  • Limon – 1 əd.

Hazırlama

1
Krevetlərin zirehini kəsərək bağırsaqlarını çıxarın və yuyun. Sulu olması üçün zirehini saxlayın.
2
Doğranmış sarımsağı, zəncəfili və zeytun yağını, Xeres və soya sousunu ayrıca qarışdırın. Metal və ya çuqun tavaya krevetləri düzün, quyruqlarının kəsiyinə sous əlavə edin.
3
Limon dilimləri qoyun, kəkotu saplaqları ilə bəzəyin. 200C-dək qızdırılmış sobada 25 dəqiqə bişirin. Süfrəyə tavada verin.