Qara gavalı ilə krevet şorbası

15 dəq
Aşağı yağ

Miləmil krevetlər Sakit və Hind okeanlarının tropik və subtropik sularında yayılıb. Onların əti zərif və elastikdir, dadı daha çox xərçəng dadını xatırladır. Tərkibinə çoxlu sayda faydalı maddə daxildir.

Sizə lazım olacaq

  • Blokda 16/20 VIČI başsız zirehli krevetləri – 300 qr
  • Ağ quru çaxır – 50 qr
  • Duza qoyulmuş xiyar – 100 qr
  • Zeytun – 25 qr, kapers – 20 qr
  • Tomat pastası – 25 qr, yarım limon
  • Kərə yağı – 20 qr, bitki yağı – 25 qr
  • Çəyirdəksiz qara gavalı – 50 qr
  • Xama – 50 qr
  • Baş soğan – 300 qr, doğranmış sarımsaq – 2 diş
  • Duz, istiot, dəfnə yarpağı, təzə şüyüd – zövqə görə

Hazırlama

1
Krevetləri təmizləyin. Soğan dilim-dilim doğrayın, dərin tavada yağ və tomat pastası ilə 4 dəqiqə qızardın.
2
Krevetləri və quru ağ çaxırı əlavə edib 2 dəqiqə bişirin. Bişirdikdən sonra krevetləri çıxarın.
3
Duza qoyulmuş xiyarın qabığını təmizləyin, dilimləyin, ayrıca qabda odun üstündə yumşalana qədər pörtlədin.
4
Zeytunu dairə şəklində doğrayın və soğan olan tavaya qoyun, su əlavə edin, orta oda qoyub xiyarı əlavə edin. Alınan qatışığı 5 dəqiqə qaynadın. Sonra sarımsaq və istiotu əlavə edin.
5
Süfrəyə dərin boşqabda verilir, hər boşqaba: 3-4 krevet, xama, bir dilim limon, doğranmış şüyüd qoyulur. Uzun-uzun doğranmış qara gavalı ilə bəzədilir.