Krevetlə italyan buterbrodları
20 dəq
Əgər sizi dostlarınızla əla axşam qonaqlığı gözləyirsə və siz xüsusi, lakin çox çətin olmayan bir yemək hazırlamaq istəyirsinizsə – bu resept sizin köməyinizə gələcək. Avokado ilə təravətləndirici xumus və kral krevetləri sizi və qonaqlarınızı sevindirəcək gözəl dadlar ahəngini yaradacaq.
Sizə lazım olacaq
- Tünd italyan çörəyi çiabata
- Dondurulmuş kral krevetləri VIČI
- Az miqdarda zeytun yağı
- Dəymiş avokado
- Konservləşdirilmiş noxud
- Sarımsaq dilimləri
- Bir tikə yağ
- Duz və istiot
Hazırlama
1
Sobanı 180 dərəcəyədək qızdırın. Tavaya bişirmə kağızı sərin.
2
İtalyan çörəyini dilim-dilim doğrayın və üzərinə zeytun yağı çəkin, kənarları bir qədər bişənə, ortası isə hələ yumşaq qalanadək sobada bişirin.
3
Noxud, avokado və sarımsağı blenderə yerləşdirin.
4
Kütlə hazır olanda onu soyuducuya qoyun.
5
Tavada yağı qızdırın, krevetləri qızardın. Üzərinə təzə üyüdülmüş qara istiot səpin. Krevetlər bir qədər çəhrayı olanda odun üzərindən götürün.
6
Xumuslu avokadonu qızardılmış çörəyin üzərinə çəkin, üzərinə bir neçə krevet düzün. Tər göyərti yarpaqları ilə bəzəyin.