Dəniz məhsulları ilə pasta
15 dəq
Zülal çoxdur
Dəniz məhsulları ilə çox asan hazırlanan, lakin dadlı yemək. Cəmi bir neçə məhsul tələb olunacaq, nəticə isə bütün ailəni sevindirəcək.
Sizə lazım olacaq
- 400 qr spagetti
- 300 qr dondurulmuş qarışıq dəniz məhsulları
- 250 ml qaymaq
- 1 orta ölçüdə soğan
- duz, istiot
- kərə yağı (qızartmaq üçün)
Hazırlama
1
Dəniz məhsulları qarışığının donunu açın.
2
Suyu qaynadın və spagettini əlavə edin.
3
Makaronlar qayanayarkən sousu hazırlayın: yağı tavada əridin və qızdırın, xırda doğranmış soğanı əlavə edin.
4
Soğanı qızılı rəng alanadək qızardın, sonra dəniz məhsulları qarışığını, duz və istiotu əlavə edin.
5
Dəniz məhsulları yüngülcə qızardıqdan sonra qaymağı əlavə edin, hamısını yaxşıca qarışdırın və təxminən 10 dəqiqə bişirin.
6
Hazır pastanı sousla qarışdırın və süfrəyə verin.