Yaşıl sousda mini krevetlər
10 dəq
Zülal çoxdur
Surimidən krevet kimi düzəldilmiş məmulatlar və balaca krabın qısqacları - dəniz məhsullarının ideal analoqudur! Orijinal forma, struktur və yüksək zülal miqdarına malik müstəsna məhsul!
Sizə lazım olacaq
- MİNİ krevetlər (surimidən imitasiyası) „Lyubo yest“ VIČI – 500 qr
- Vasabi – 2 ç.q.
- Avokado – 2 əd.
- Alma sirkəsi – 4 x.q.
- Zeytun – 1 banka
- Duz, qəhvəyi şəkər – zövqə görə
Hazırlama
1
Vasabi xardalını, avokado və sirkəni blenderlə qarışdırın.
2
Duzu, qəhvəyi şəkəri əlavə edin və həmcins olana qədər qarışdırın.
3
Qənnadı torbasına qoyun və araq qədəhlərinin yarısına qədər süzün. Krevet və zeytunu çöpə keçirin və qədəhin içinə qoyun.