Qabaq yastıqcalarının üzərində xardal-alma sousu ilə toxumlu balıq porsiyaları

15 dəq
Omeqa-3

Unlanmış balıq filesi – xırçıltılı qızılı qabıqla təbii məhsul. Hazırlanması üçün yalnız 100% hek, sayda və treska fəsiləsindən digər balıqların filesi istifadə olunur. Tez hazırlanır, öncədən donunun açılması tələb olunmur.

Sizə lazım olacaq

  • „PRİORİTİ“ VIČI toxumlu balıq porsiyaları – 300 qr.
  • Qabaq – 400 qr
  • Sarımsaq – 5 diş, qırmızı salat soğanı
  • Çerri pomidoru, kəkotu, Korn salatı
  • Zeytun yağı – 120 qr
  • Qara istiot, duz
  • Fransa xardalı – 2 ç.q.
  • Alma – 2 əd., yarım limon

Hazırlama

1
Xardallı-almalı pastanın hazırlanması üçün almanı tam yumşalanadək sobada bişirmək lazımdır. Qabığını və tumlarını təmizləyib yalnız lətini saxlamaq lazımdır.
2
Xardalı, duzu, istiotu qabda qarışdırın, zeytun yağı, limon şirəsini və alma lətini əlavə edin.
3
Qabağı dairə şəklində doğrayın, zeytun yağında sarımsaq və kəkotu ilə qızardın. Artıq yağın axması üçün salfetin üzərinə düzün.
4
Toxumlu balıq porsiyalarını hər iki tərəfdən hazır olanadək qızardın, salfetin üzərinə düzün.
5
Süfrəyə vermək üçün qaba qat-qat düzün: qabaq, balıq, qırmızı soğanın nazik halqaları, çerri pomidorları, Korn salatı. Yanında – xardallı-almalı pasta.