Soyudulmuş surimi
Bəzi filosoflar həyatın mənasının nədən ibarət olduğunu, digərləri isə – suriminin nə olduğunu soruşur. Surimi – xırda doğranmış və emal olunmuş, bərk ağ kütlə şəklində preslənmiş balıq filesidir. Bu kütləyə yumurta ağı, yağ, duz kimi inqrediyentlər əlavə edildikdə surimi məhsulları alınır. Onları dərhal yemək olur! Onlar zülallarla zəngin, az kalorili və faydalıdır. Krab çubuqları salatların, soyuq və isti qəlyanaltıların hazırlanması və sadəcə sağlam qidalanma üçün idealdır. Həm gündəlik, həm bayram menyusu, həm də pəhriz üçün uyğundur.