Nanə-bibər yağı ilə toyuq və qatıqlı sousla GYOZA
20 dəq
Müxtəlif hazırlama üsulları minlərlə süfrəyə vermə üsulunu bəxş edir! Suda bişirin, buxarda bişirin, tavada və ya fritürdə qızardın, hətta mikrodalğalı sobada hazırlayın və ya sadəcə bulyona atın. Qızardılmış xırçıltılı „tikələr“ furşet və ya axşam qonaqlığında idealdır.
Sizə lazım olacaq
- GYOZA VIČI – 400 qr
- Kərə yağı – 60 qr
- Üyüdülmüş şirin bibər – 10 qr
- Təzə nanə - 5 qr
- Sarımsaq – 4 diş
- Qatıq – 250 qr
- Duz, istiot
- Təzə cəfəri
Hazırlama
1
Balaca tavada kərə yağını əridin. Bibəri və xırda doğranmış nanəni əlavə edin, yaxşıca qarışdırın.
2
Ayrıca qabda qatıq, cəfəri və doğranmış sarımsağı qarışdırın. Duz, istiot əlavə edin.
3
GYOZA qablaşdırmada qeyd olunan istənilən üsulla hazırlayın. Hazır pelmenləri qaba yığın və üzərinə nanəli yağı gəzdirin. Süfrəyə qatıqlı sousla verin.