Krab içliyi və rikotta ilə roll-qəlyanaltı

15 dəq
Aşağı yağ

Sizə lazım olacaq

  • VIČI krab əti – 200 qr
  • Rikotta pendiri – 100 qr
  • Qabaq – 300 qr (2 əd.)
  • Xiyar – 200 qr
  • Keşniş, vəzəri
  • Təzə sıxılmış laym şirəsi – yarısı
  • Zövqə görə duz, istiot



Hazırlama

1
VIČI krab ətini liflərə ayırın.
2
Bir ədəd qabağı tərəvəz təmizləyənin köməyi ilə uzununa nazik dilimlərlə doğrayın. Xiyarın qabığını soyun, çox nazik zolaqlara doğrayın.
3
Tərəvəzi krab əti və xırda doğranmış keşnişlə qarışdırın. Laym şirəsini, duzu, istiotu əlavə edin və qarışdırın.
4
Alınan kütləni qabaq dilimlərinin üzərinə düzün və roll şəklində bükün. Qənnadı torbasının köməyi ilə rollun üzərinə rikotta sıxın (pendir qatı olsa, onu qaymaqla yumşaltmaq olar) və vəzəri ilə bəzəyin. Süfrəyə qəlyanaltı kimi verin.