Kahı və manqo ilə surimi krevetləri
15 dəq
Aşağı yağ
Zülal çoxdur
Qeyri-standart, lakin həqiqətən dadlı qəyanaltının dadına baxmağı təklif edirik – manqo salatı ilə surimi krevetləri. Ekzotik manqo, keşniş, çili bibəri, laym və portağal şirəsiin ətri surimi krevetlərinin dadını çox gözəl tamamlayır.
Sizə lazım olacaq
- Yarım ədəd manqo
- Bir neçə surimi kreveti
- 1 şalot soğanı
- Yarım laymın şirəsi
- Yarım portağalın şirəsi
- Bir qaşıq zeytun yağı
- Duz, istiot
- Az miqdarda təzə keşniş
- Balaca çili bibəri
- Bir neçə kahı yarpağı
Hazırlama
1
Sous – laym və portağal şirəsini zeytun yağı ilə qarışdırın. Duz və istiot əlavə edin.
2
Kahı yarpaqlarını boşqaba düzün, üzərinə doğranmış manqonu, şalot soğanını və doğranmış keşnişi yerləşdirin.
3
Sonra üzərinə bir ədəd surimi kreveti qoyun və üstünə bol sous tökün. Xırda doğranmış çili bibəri ilə bəzəyin.