“Snejnıy krab” krab çubuqları ilə blinlər
20 dəq
Sizə lazım olacaq
Xəmir üçün sizə lazım olacaq:
- 100 qr un
- 1 yumurta
- 100-150 ml süd
- bir çimdik duz
Adi blinlər üçün xəmir hazırlayın.
İçlik üçün sizə lazım olacaq:
- 100 qr “snejnıy krab” əti
- 40 qr kərəviz kökü
- 40 qr şirin bibər
- 10 qr çili bibəri
- 40 qr kök
- 40 qr qabaq
- 2-4 əd. yaşıl soğan
- Bir çimdik duz və istiot
- Bitki yağı (qızartmaq üçün)
Hazırlama
1
İçlik üçün məhsulları dilim-dilim doğrayın və tavada qızardın
2
Duz və istiot əlavə edin
3
İçliyi blinlərin üzərinə yerləşdirin və bükün
4
Blinlərin hər iki üzünü tavada qızardın