İlıq marinadda duza qoyulmuş tunes

15 dəq
Omeqa-3

Tunes əl üsulu ilə, quru üsulla duza qoyulur. Belə hazırlama texnologiyası balığın təbii strukturunu saxlamağa imkan verir. Balıq üçün səciyyəvi olmayan dadı və faydalı xüsusiyyətlərinə görə tunesi çox vaxt „dəniz danası“  adlandırırlar. Suşi, salat, kanape hazırlanması və çaxırın yanına qəlyanaltı üçün uyğundur.

Sizə lazım olacaq

  • Dondurulmuş dərisiz tunes filesi-tikəsi „Saku“ VIČI – 300 qr
  • Laym – 3 əd.
  • Soya sousu – 4 x.q.
  • Zeytun yağı – 1 x.q.
  • Yarpaq kahı
  • Kök – 200 qr
  • Bəzək üçün turp
  • Çerri pomidoru – bəzək
  • Zövqə görə istiot

Hazırlama

1
Tunes tikələrini dilimlərə doğrayın.
2
Laym şirəsi, soya sousu, zeytun yağını qaba töküb plitənin üzərinə qoyun. Qarışdıraraq qaynadın. Odun üzərindən götürün və + 35С - 40⁰С dərəcəyədək soyudun.
3
Tunes tikələrini gözəl bankaya yığın və hazır marinadı üzərinə tökün, tam soyuyana qədər saxlayın.
4
Marinada qoyulmuş tunesi salat boşqabında süfrəyə verin. Qarnir kimi kahı yarpaqları, sürtgəcdən keçirilmiş kök verə bilərsiniz. Hamısını turp halqaları və yarıya bölünmüş çerri ilə bəzəyin